Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri öldü
YENİLƏNİB, VİDEO, FOTO


Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.

 

TASS xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.

 

Hakim Liberal Demokrat Partiyası  nümayəndəsinin sözlərinə görə, S.Abe Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.

 

Xatırladaq ki, hadisəni törədən 41 yaşlı Tetsuya Yamaqama dərhal həbs edilib. Saxlanarkən onun müqavimət göstərmədiyi bildirilir. T.Yamaqamanın 2005-ci ilədək üç il müddətində dəniz özünümüdafiə qüvvələrində xidmət etdiyi bildirilir. Həmin şəxs ifadəsində Ş.Abenin siyasətindən narazı olduğu üçün onu öldürmək istədiyini deyib.

 

**10:16


Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin vəfat etməsi xəbəri təsdiqini tapmayıb.

 

TASS-ın verdiyi xəbərə görə, ölkənin hazırkı hökumət başçısı Fumio Kişida bildirib ki, S.Abenin durumu ağırdır.

 

**10:00


İyulun 8-də Yaponiyanın şərqində yerləşən Nara şəhərində küçə mitinqi zamanı sabiq Baş nazir Şinzo Abeyə hücum edilib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, yerli vaxtla saat 11:30-da baş verən hadisə zamanı NHK telekanalının müxbiri atəş səsinə oxşar səs eşitdiyini, bundan sonra Şinzo Abenin yıxıldığını deyib.

 

Hadisə zamanı Ş.Abenin iyulun 10-da parlamentə keçiriləcək seçkilərlə bağlı seçicilər qarşısında çıxış etdiyi qeyd olunur. 


Sabiq Baş nazir xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.  

68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb. O,  41 yaşlı Tetsuya Yamaqamidir. Onun əvvəllər Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrində xidmət etdiyi və sui-qəsddən dərhal sonra saxlanıldığı bildirilir.  Hazırda polis onu dindirir.

 

Hadisə ilə bağlı Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb. Qərargaha rəhbərlik edən Baş nazir Fumio Kişida - hansı ki, iyulun 10-da parlamentə keçiriləcək seçki kampaniyası ilə bağlı ölkənin şimal-şərqindəki Yamaqata prefekturasında tədbirlərə qatılmışdı, bütün planlarını təxirə salaraq təcili Tokioya qayıdıb. 

 

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno isə hadisə ilə əlaqədar keçirilən mətbuat konfransında deyib: “Biz şok vəziyyətindəyik və baş verənləri kəskin şəkildə pisləyirik”.


Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.