
“Sabiq Prezident Abdullah Gül “Türk Sorosu” ləqəbli Osman Kavalanın təklifi ilə 50 min ermənini gizli şəkildə Suriyadan Türkiyəyə gətirdib”.
Senzor.az haqqin.az-a istinadən bildirir ki, bunu eks-prezidentin müşaviri Ahmet Sevar “Abdullah Gül ilə 12 il” kitabında yazıb.
Jurnalistlər Türkiyədə əvvəllər məhkum olunmuş və ölkənin eks-prezidenti Abdulla Gülə müəyyən təsirləri olan Osman Kavalanın ondan Suriyada yaşayan 50 min etnik erməninin Türkiyəyə köçürülməsi və orada işə düzəlməsi üçün istifadə etdiyinə diqqət çəkiblər. 
Abdullah Gül və Ahmet Sevar
Ahmet Sevar kitabında yazır: "Şübhəsiz ki, Osman Kavalın günahkar olub - olmadığı sualına məhkəmə cavab verməlidir. Lakin Sorosun Ankaradakı rəsmi nümayəndəsi olan və ötən il on dövlətin səfirlərinin havadarlıq etdiyi Kavala vaxtilə Türkiyəni "erməni soyqırımı"nda ittiham etmiş, İslama təhqirlər yağdırmış, PKK-dan olan kürd terrorçularına yardım göstərmiş, hətta ölkədə hakimiyyəti devirməyə çağırmışdı...".
Ahmet Sevar “Abdulla Gül ilə 12 il” kitabında İstanbul restoranlarının birində Osman Kavala ilə söhbəti zamanı Sorosun nümayəndəsinin ona dediklərini belə təsvir edir: “Ahmet, bilirsən ki, Suriyadakı ermənilər son dərəcə çətin vəziyyətdədir. Türkiyə onlara qapı açsa, bu, Ermənistanla münasibətlərin normallaşması üçün yaxşı jest olmazdımı? Suriya ermənilərinin əksəriyyəti Hələb və Dəməşqdə yaşayır, halbuki onların əcdadları bir vaxtlar Türkiyədə yaşayıblar”. 
Osman Kavala
Bu fikir mənə perspektivli göründü. Ertəsi gün səhər mənim Güllə onun iqamətgahında görüşüm oldu və orada Kavalanın təklifini səsləndirdim, hansı ki, Prezidentin xoşuna gəldi”.
Sevarın iddiasına görə, Gül Orxan Dink və Rober Kaşparı çağırıb, onlardan bu işi təşkil etməyi xahiş edib, amma sakitcə - mətbuatın xəbəri olmadan.
"Mən TÜSİAD-ın baş katibi Zəfər Əli Yavanla iş və mənzil məsələsində Suriyadan olan ermənilərə necə kömək etmək barədə danışdım. Təbii ki, bütün bunlar Abdullah Gülün xəbəri olmaqla və razılığı ilə edilirdi. Tezliklə Yavan “yaşıl işıq” yandırdı və mənə bildirdi ki, qurum Suriyadan gələn ermənilərə məşğulluq layihəsi çərçivəsində dəstək verməyə hazırdır”, - deyə Türkiyənin sabiq Prezidentinin müşaviri daha sonra yazır.
Senzor.az