Rusiya-Qazaxıstan münasibətlərinin kəskinləşməsinin arxasında nə dayanır? - EYNULLA FƏTULLAYEVİN MÜSAHİBİ QAZAXISTAN MTK-sının KEÇMİŞ SƏDRİ ALNUR MUSAYEVDİR
VİDEO

Bir vaxtlar ən yaxın müttəfiqlər olan  Qazaxıstan və Rusiya arasında görünməmiş qarşıdurma var. Qazaxıstan-Rusiya münasibətlərinin kəskinləşməsinin arxasında nə durur? Bu qarşıdurma nə ilə nəticələnə bilər? Tokayev və Putin razılığa gələ biləcəklərmi? 

 

Haqqin.az informasiya-analitik portalının baş redaktoru Eynulla Fətullayevin bu və digər suallarına canlı yayımda - eksklüziv müsahibəsində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri, general-mayor, Qazaxıstanın tanınmış siyasi xadimi, politoloq Alnur Musayev cavab verir.   

Alnur Aljaparoviç Musayev keçmişdə Qazaxıstanın ən nüfuzlu güc strukturu məmurlarından olub. 1992-1993-cü illərdə A.Musayev Baş Prokurorluğun və Qazaxıstan MTK-sının hakimiyyətin yüksək eşelonlarında korrupsiya ilə mübarizə aparan xüsusi bölmələrinə rəhbərlik edib. O, Qazaxıstan Respublikası Milli Bankının sədrini və iqtisadiyyat nazirini, eləcə də bir sıra respublikaçı deputatları şəxsən məsuliyyətə cəlb edib.

 

1993-1994-cü illərdə A.Musayev Qazaxıstan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik edib. 1994-1996-cı illərdə Qazaxıstan Prezidentinin köməkçisi işləyib. 1996 və 2001-ci illərdə Qazaxıstan Prezidentinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. 1997-2001-ci illərdə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri olub. 2002-ci ildə, 2001-ci ilin payızındakı siyasi böhrandan sonra o, könüllü olaraq bütün dövlət vəzifələrindən və hərbi xidmətdən istefa verib.

 

2008-ci ildə Akmola hərbi tribunalının qapalı iclasında o, hakimiyyəti zorla ələ keçirməyə cəhd etdiyinə görə qiyabi olaraq 25 il sərt rejimli koloniyaya məhkum edilib. 

 

Alnur Musayev uzun illərdir ki, Avstriyada yaşayır, faktiki olaraq siyasi mühacirətdədir.

 

Senzor.az E.Fətullayevin A.Musayevlə müsahibəsini öz oxucularına təqdim edir.

 

Onu da qeyd edək ki, Alnur Musayevlə müsahibə iyulun 9-da axşam saatlarında haqqin.az saytında yerləşdirilib və Eynulla Fətullayevin YouTube kanalında canlı yayımlanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.