Bakı aeroportunda həyəcanlı anlar -
KOREYA TƏYYARƏSİ MƏCBURİ ENİŞ ETDİ

Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib.

 

Senzor.az bildirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən məlumat verilib.

 

Aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

 

Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

 

Hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.