Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasını çağırdı
GÜNDƏLİKDƏ 5 MƏSƏLƏ VAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iyulun 13-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının çağırılması haqqında qərar imzalayıb.

 

Senzor.az-ın məlumatına görə, qərarda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

 

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2022-ci il iyul ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

 

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

 

1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

 

2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

 

3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

 

4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

 

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

 

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.