
Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində bir hərbçinin meyiti tapılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Meyiti tapılan sıravi əsgər 2003-cü il təvəllüdlü Arsen Manukyandır. Onun cəsədi baş nahiyəsindən aldığı güllə yarası ilə iyulun 14-də saat 10:25 radələrində bölmənin şərq istiqamətində yerləşən döyüş mövqeyində aşkar edilib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.