Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürülüb.
Senzor.az FHN-ə istinadən xəbər verir ki, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə təxminən 200 m² sahədə təkər tullantıları və qismən ağaclar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.