İlham Əliyev İndoneziya Prezidentini təbrik etdi
 
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.
 
Senzor.az
bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
 
Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin həm ikitərəfli, həm də çoxtərəfli qaydada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik".
 
Prezident İlham Əliyev bu bayram günündə Prezident Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına əmin-amanlıq və rifah arzulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.