Noyabrın 14-də Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ baş verib. Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 01:14-də qeydə alınan zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.