Tanınmış alim Paşa Kərimov dünyasını dəyişdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov 65 yaşında vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə AMEA-dan məlumat verilib.

 

Tanınmış alim P.Kərimov uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu.

 

Mərhumla vida mərasimi bu gün yaşadığı evində keçiriləcək, daha sonra “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, Paşa Əli oğlu Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində - məşhur Azərbaycan şairi Əli Kərimin ailəsində dünyaya gəlib. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

 

1982-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyib. 1999-2003-cü illərdə institutun elmi katibi, 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 1 noyabr 2011-ci il tarixindən 11 fevral 2014-cü il tarixinədək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edib. 2014-cü ildən vəfatına kimi institutun direktor müavini vəzifəsində fəaliyyət göstərib. 

 

2015-ci ildən həm də institutun Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi.

 

1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi.

 

Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olurdu. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və başqalarının türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Vadimin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirib.

 

2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olub, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülüb. Prezident İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində “Elm və texnologiya” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

 

Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.