
Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb.
"Report" xəbər verir ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib.
Həmin əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.
Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilir, amma bugünkü parad günorta başlayacaq.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin saat 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13 radələrində eniş etməsi ilə bağlıdır. Hərbi parada qardaş ölkənin rəhbəri gəldikdən sonra start veriləcək.
Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcəklər.