İstanbul Prokurorluğu Netanyahunun HƏBSİNƏ ORDER VERDİ
VİDEO

İstanbul Prokurorluğu, Qəzzada mülki əhaliyə qarşı hücumlar və Qlobal Sumud Donanmasına edilən müdaxilə ilə bağlı, İsrailin Baş naziri Benyamin Netanyahunun da aralarında olduğu 37 yüksək vəzifəli İsrail rəsmisinin soyqırım və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həbs qərarı verilənlər arasında Müdafiə naziri İsrael Katz, Sərhəd Təhlükəsizliyi naziri İtamar Ben Gvir, ordunun Baş Qərargah rəisi Eyal Zamir və Dəniz Donanmasının komandanı David Saar Salama da yer alır.

 

Prokurorluğun məlumatında bildirilir ki, İsrail Qəzzada sistematik şəkildə mülki insanlara qarşı hücumlar həyata keçirib, xəstəxanalar və yaşayış məntəqələri bombalanıb, humanitar yardımların qarşısı alınıb.

 

Toplanmış sübutlara əsasən, adı çəkilən rəsmilərin soyqırım və bəşəriyyətə qarşı cinayətlər törətdikləri müəyyən edilərək, beynəlxalq axtarış və həbsləri ilə bağlı qərar qəbul olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.