Gürcüstanın 7 müxalif partiyası
BİRLƏŞMƏK QƏRARI VERDİ

Gürcüstanın yeddi müxalif partiyası birgə bəyanat yayaraq konsolidasiya elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sənədi “Axali”, “Girçi – Daha çox azadlıq”, “Droa”, Milli Demokrat Partiyası, Avropalı Gürcüstan, “Azadlıq meydanı” və Federalistlər partiyası imzalayıb.

 

Bəyanatda bildirilib ki, partiyalar hakimiyyəti xalqa qaytarmaq üçün sona qədər mübarizə aparacaqlar.

 

“Aramızda bir çox fikir ayrılıqları olsa da, bizi bir vəzifə birləşdirir: dinc mübarizə ilə rejimi dəyişdirmək. Mübarizəmiz sona qədər, qələbəyə qədər davam edəcək”, - sənəddə deyilir.

 

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu Mixeil Saakaşvili, müxalifət liderləri - Giorgi Vaşadze, Nika Qvramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət işi açıldığını bildirib. Onlar dövlət əleyhinə bir sıra ağır cinayətlərdə ittiham olunurlar.

 

Bundan başqa, Gürcüstan parlamenti ötən həftə Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo - Güclü Gürcüstan” partiyasının fəaliyyətinin qadağan edilməsi iddiası ilə Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.