
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib.
Senzor.az bildirir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laos Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman 1986-cı ildə Laosa səfəri çərçivəsində Laos Xalq Demokratik Respublikasının Nazirlər Sovetinin ovaxtkı sədri Keyson Fomfihanla görüşü zamanı çəkilmiş fotolara baxdılar.
Qeyd edək ki, Keyson Fomfihan Laos Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihanın atasıdır.







