Ağdam sakini R.Hüseynov yerli polis şöbəsinə müraciət edərək, rayonun Dördyol-1 qəsəbəsində yerləşən, ona məxsus mağazadan 1300 manat pulun və təhlükəsizlik kamerasının yaddaş qurğularının oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan senzor.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.
Araşdırmalarla onların rayonun Mərzili kənd sakini Vüqar Vəliyev, Təzəkənd qəsəbə sakinləri Vasif İbadov və Pənah Quliyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.