“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Qarayev Beydulla Ərəstun oğlu barəsində cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Senzor.az-ın məlumatına görə, baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanmışdı.
İşə hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.
Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.