Sayğacda problem olduğunu deyib abonentdən pul tələb etdilər “AZƏRİQAZ”DAN AÇIQLAMA

Dövri yoxlama müddəti çatmış sayğacların əvəzlənməsi zamanı hər bir abonentə SMS müraciət göndərilir və istehlakçı əvvəlcədən sayğacının əvəzlənəcəyindən xəbərdar olur.
 
Senzor.az
 “Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki, son günlər SMS müraciətlərdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub.
 
Belə ki, Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bununla həqiqətən “Azəriqaz” İB-də işlədikləri təəssüratını yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “sizin sayğacınızda problem var, cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” - deyərək pul tələb ediblər.
 
Abonentlərdən xahiş edilir ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.