AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru, Qarabağ Müharibəsi veteranı, jurnalist Şöhrət Səlimbəyli dünən koronavirus səbəbindən dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Qeyd edək ki, 60 yaşlı jurnalistdə bir neçə gün əvvəl COVID-19 aşkarlanmışdı. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı.