Şəkidə həkim koronavirusdan dünyasını dəyişib.
"Report"un məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu, 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada həyatını itirib.
Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxubmuş.
Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.