İsraildə "Gilboa" türməsindən bir neçə təhlükəli məhbus qaçıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail təcridxanaları (ŞABAS) rəhbərliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə sentyabrın 6-da baş verib, məhbuslar xüsusi tunel vasitəsilə qaçıblar.
"Həyəcan siqnalı verildikdən sonra polis qüvvələri və ŞABAS vertolyotların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə axtarışlara başlayıblar. Qaçanların 5-i "İslami Cihad" terror təşkilatının fəalları olub. Altıncı və qaçışın təşkilatçısı olan terrorçu isə "FATH" liderlərindən biri Zahari Zubeydi olub", - deyə məlumatda vurğulanıb.