"Hazırda müvafiq yoxlamalarda hələ ki koronavirusun yeni ştammı ("Mü") aşkar edilməyib".
Bunu APA-nın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.
O bildirib ki, ölkəyə xaricdən daxil olan, eləcə də ölkə ərazisində şübhəli bilinən bütün nümunələr daim toplanır və analiz edilir.