Türkiyədə silahlı insident olub.
“Report”un məlumatına görə, hadisə İzmir əyalətində qeydə alınıb.
Konak rayonunda 2 şübhəli şəxs əvvəlcədən xoşagəlməz münasibətin olduğu ailənin yaşadığı evin önünə gəlib. Onlardan biri odlu silahdan ətrafdakılara atəş açıb. Nəticədə 12 nəfər xəsarət alıb. Yaralılar arasında 1 yaşlı körpə, habelə yeniyetmə, gənclər də var.
Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda polis əməkdaşı və təcili tibbi yardım maşını cəlb edilib. Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb.
Polis insidentlə bağlı 2 nəfəri saxlayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.