Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birindəki çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində ölənlərin sayı 35-ə, yaralıların sayı isə 75 nəfərə (onlardan 14-ü uşaqdır) yüksəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko Teleqram-da məlumat paylaşıb.
Onun yazdığına görə, indiyədək dağıntılar altından 39 nəfər xilas edilib. Dağıntılar altında qalanaların xilas edilməsi əməliyyatı davam etdirilir.
Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini bildirib.
Xatırladaq ki, yanvarın 15-də paytaxt Kiyev, Dnepr və başqa şəhərlər daxil omaqla. Rusiya Ukraynaya raket zərbələri endirib.
**20:14(15.01.2023)
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 29 nəfərə yüksəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalında yazıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 30-u xəstəxanadadır, 12-sinin vəziyyəti ağırdır.
V.Rezniçenko 40-dan çox sakinin hələ də itkin hesab edildiyini vurğulayıb.
Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini qeyd edib.
**10:31
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Senzor.az bildirir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.
Administrasiya rəhbəri qeyd edib ki, Rusiya ordusunun raket zərbələri nəticəsində 18 nəfər ölüb, 73 sakin yaralanıb: “40-dan çox şəxs xəstəxanada, dördü isə ağır vəziyyətdə reanimasiyadadır. Xilasetmə əməliyyatı davam edir. Hazırda 40-dan çox insanın taleyi naməlum olaraq qalır”, - onun paylaşımında deyilir.
Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.
**09:26
Xəbər verildiyi kimi, yanvarın 14-də Rusiya ordusu Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binaya raket zərbəsi endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, indiyə olan məlumata görə, raket hücumu nəticəsində ölənlərin sayı artıq 14-ə çatıb, daha 73 nəfər isə xəsarət alıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində qeyd edib ki, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıblar.
"Axtarış əməliyyatı davam etdirilir", - onun paylaşımında vurğulanır.
Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.