İranın gələcək lideri ilə bağlı GİZLİ DANIŞIQLAR BAŞLADI

Qərb ölkələri arasında İranın növbəti liderinin kim olacağı ilə bağlı gizli danışıqlar gedir.

 

Bu barədə “CBS News” məlumatlı mənbələrə istinadla xəbər yayıb.

 

ABŞ və Avropa diplomatları kanala bildiriblər ki, İrana gələcəkdə kimin rəhbərlik etməsi, nüvə obyektlərinin gələcəyi və bu obyektlərə hərbi zərbələrin regional müttəfiqlər üçün potensial nəticələri barədə gizli danışıqlar gedir.

 

“Son həftələrdə Tramp, İranın danışıqlar masasına oturmasına baxmayaraq, onun liderlərinin real danışıqlarda maraqlı olmamasından məyus olduğunu bildirib. İran iki həftədir ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun son təklifinə cavab vermir, onun şərtlərini nə rədd edir, nə də qəbul edir”, - ABŞ rəsmisi CBS-yə deyib.

 

Mənbə qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İranın müxtəlif bəhanələrlə vaxtı uzatması və yeni razılaşmada maraqlı olmamasına dair əsaslı şübhələri var.(Teleqraf)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.