İsrail Ordusu ABŞ-ın İrana endirdiyi zərbələrdən sonra İrandan yeni raket zərbələri qeydə alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Ölkə əhalisinə sığınacaqlara sığınmaq təlimatı verilib.
“Ynet” portalının məlumatına görə, bu dəfə ümumilikdə 20-yə yaxın raket atılıb.
Bu arada İsrailin milli təcili yardım xidməti “Magen David Adom” ("Davidin qırmızı qalxanı") İranın endirdiyi zərbələr nəticəsində 16 nəfərin yaralandığını bildirib.
“Həkimlər tibbi yardım göstərərək 16 zərərçəkmişi xəstəxanalara çatdırıblar”, - məlumatda deyilir.