Trampla Putin danışdılar – RUSİYA AERODROMLARINA EDİLƏN HÜCUMLARA CAVAB VERƏCƏK
VİDEO

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

 

Qeyd olunub ki, liderlər Ukraynanın Rusiya aerodromlarına hücumu barədə danışıblar: “Söhbət yaxşı keçdi. Amma dərhal sülhə gətirib çıxarmayacaq. Prezident Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücumlara cavab verməli olacaq”.

 

İranın nüvə məsələsi də Trampla Putin arasında müzakirə mövzusu olub: "Biz həmçinin İranla bağlı danışdıq, bildirdik ki, İranın nüvə silahı ilə bağlı zaman azdır və bu barədə qərar verməlidir. Mən Prezident Putinə dedim ki, İran nüvə silahına sahib ola bilməz, fikrimcə, Putin də mənimlə razıdır. Putin bildirdi ki, böyük ehtimalla, İranla danışıqlara qatılacaq və bəlkə də onların tezliklə yekunlaşmasına kömək edəcək. Fikrimcə, İran qərar verməkdə gecikir və o, çox qısa müddətdə cavab verməlidir".


Telefon danışığı 1 saat 15 dəqiqə davam edib.


Xatırladaq ki, bu, cari ilin əvvəlindən bəri iki lider arasında dördüncü telefon danışığıdır. Sonuncu danışıq 19 may tarixində, İstanbulda Moskva ilə Kiyev arasında bərpa olunan danışıqların ilk raundundan sonra olmuşdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.