Dövlət Baxçalı Ərdoğanın dediklərinə qarşı çıxdı:
"YOLUNDAN DÖNMƏYƏ HAQQI YOXDUR"

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliklə bağlı açıqlaması geniş rezonans doğurub. “Mənim təkrar seçilmə və ya yenidən namizəd olma kimi bir dərdim yoxdur. Atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik – dərdimiz budur”, - o deyib.

 

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ərdoğanın sözlərinə münasibət bildirib.

 

O, Ərdoğanın sözlərini ədalətli və uyğun hesab etmədiyini deyib. MHP liderinin sözlərinə görə, Türkiyə və Türk millətinin yeni əsrin yol xəritəsini çəkən Ərdoğana ciddi şəkildə ehtiyacı var: “Vətən və millət dərdi olan bir Prezidentin yolundan dönməyə haqqı yoxdur. Bu, nə ölkə reallığına, nə də qlobal və regional proseslərə uyğundur”, – deyə o bildirib.

 

Baxçalı vurğulayıb ki, Türkiyə uzun illərdən sonra ilk dəfə güclü bir inkişaf tempi qazanıb. Ərdoğanın gecə-gündüz çalışan fədakar lider olduğunu qeyd edən MHP sədri onun mübarizəsini “hər cür tərifdən üstün” kimi dəyərləndirib. “Milli idealların iqtisadi-siyasi müstəvidə düzgün şərh olunduğu bir idarəetmə modeli formalaşıb”, – deyə o əlavə edib.

 

Milliyyətçi Hərəkat Partiyasının lideri ölkədə “böhran və xaosdan bəslənən siyasi fürsətçilərin” fəaliyyətinə qarşı ciddi dayanacaqlarını da bildirib: “MHP və Cümhur İttifaqında bu cür dağıdıcı niyyətlərə göz yumacaq nə bir vicdan, nə də siyasi əxlaq mövcuddur.”

 

MHP lideri Ərdoğanın yolunu davam etdirməsinin vacibliyini bir daha vurğulayaraq belə deyib: “Tayyip Ərdoğanın yayından çıxardığı ox hədəfinə çatmalıdır. Bunun üçün onun varlığı əvəzedilməz bir dəyər və zərurətdir.”

 

Qeyd edək ki, Ərdoğanın bu çıxışı ölkədə yeni konstitusiya ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrə təsadüf edir. Bəzi ekspertlər onun yeni konstitusiyanın qəbul edilməsindən sonra yenidən prezidentliyə namizəd ola biləcəyini düşünür.

 

Modern.az xatırladır ki, Türkiyədə bir nəfər iki dəfədən artıq prezident seçilə bilməz. Ərdoğan artıq iki dəfə prezident seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.