Ərdoğanın səhhəti ilə bağlı iddialar və…
RƏSMİ CAVAB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşdiyi barədə iddialar yayılıb.

 

Senzor.az bildirir ki, ölkənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) iddialarla bağlı açıqlama verib və məlumatları təkzib edib: "YouTube kanalında Prezidentimizin səhhətinin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən yayımda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də Prezidentliyi hədəf alır və təhqirlər ehtiva edir. Prezidentimiz Türkiyə Cümhuriyyətinin dövlət başçısı olaraq konstitusion səlahiyyət və vəzifələrini yerinə yetirir və millətimizə xidmət etmək üçün böyük səylə mübarizə aparır.

 

Möhtərəm Prezidentimizlə görüşən dövlət başçıları, siyasətçilər, digər rəsmilər onun məsələlərdən nə qədər məlumatlı olduğunu, yaddaşının nə qədər güclü olduğunu, qərarlarında nə qədər qətiyyətli olduğunu bilirlər.

 

Digər tərəfdən, jurnalistika anlayışını, ciddiliyini və məsuliyyətini heçə sayan sosial media platformalarında dezinformasiya yayan insanlar ancaq özlərini kiçik və gülünc göstərirlər", - deyə məlumatda qeyd edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.