Ərdoğan-Paşinyan görüşü yekunlaşdı: NƏLƏR MÜZAKİRƏ OLUNUB?
FOTO/VİDEO

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla İstanbulda görüşü ilə bağlı açıqlama yayıb.

 

Senzor.az-ın məlumatına görə, açıqlamada deyilir ki, görüş zamanı başda Türkiyə ilə Ermənistan arasındakı təmaslar da daxil olmaqla, Cənubi Qafqazdakı sülh və dialoq prosesi, o cümlədən regiona aid aktual məsələlər müzakirə olunub.

 

Prezident Ərdoğan görüşdə Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarının əhəmiyyətinə diqqət yönəldib. Türkiyənin bölgənin “qazan-qazan” prinsipi ilə inkişaf etdirilməsi istiqamətində görülən səylərə hər cür dəstəyi göstərməyə davam edəcəyini bildirib.

 

Danışıq zamanı Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi çərçivəsində atıla biləcək addımlar da müzakirə olunub.

 

Prezident Ərdoğan, Türkiyənin yalnız Qafqazda deyil, bütün regionda sabitliyin təmin olunması üçün diplomatiyanın imkanlarından tam istifadə etdiyini bildirib.

 

**20:06

 

İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iki liderin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir. 

Qeyd edək ki, bu gün N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.

 

Paşinyanı səfərdə XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.