Rusiya Prezidenti Vladimir Putin pilotsuz sistemlər qoşunlarının ayrıca hərbi birlik kimi formalaşdırıldığını və onların sürətli, keyfiyyətli şəkildə yerləşdirilib inkişaf etdirilməsinin vacibliyini bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Prezidenti bu barədə silahlanma üzrə dövlət proqramına həsr olunmuş müşavirədə çıxış edərkən danışıb.
“Hazırda bizdə pilotsuz sistemlər qoşunları ayrıca bir qoşun növü kimi yaradılır və onların mümkün qədər tez və keyfiyyətli şəkildə yerləşdirilməsini və inkişafını təmin etmək lazımdır”, – deyə Putin vurğulayıb.