BMT Baş katibi ABŞ-ın İrana zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırdı

BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb.

 

Senzor.az bildirir ki, A. Quterriş bu barədə sosial şəbəkədə paylaşım edib.

 

“Mən bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı güc tətbiq etməsindən ciddi şəkildə narahatam. Bu, onsuz da gərgin olan bir bölgədə təhlükəli bir eskalasiya, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, – Quterriş qeyd edib.

 

Onun sözlərinə görə, münaqişənin nəzarətdən çıxması riski artır ki, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

 

Quterriş üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.

 

“Bu təhlükəli saatda xaosdan qaçmaq çox vacibdir.

Hərbi həll yolu yoxdur.

Yeganə yol diplomatiyadır.

Yeganə ümid sülhdür”, – dünya təşkilatının lideri vurğulayıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.