İsrail hökuməti 1000 yeni mobil sığınacaq tikmək və 500 mövcud sığınacaqları təmir etmək planını təsdiqləyib.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən "Times of Israel" nəşri yazıb.
“İsrail hökuməti Müdafiə Nazirliyi və Daxili Cəbhə Komandanlığının 500 ictimai bomba sığınacağının təmiri və ölkə daxilində yol kənarında 1000 səyyar sığınacaq yerləşdirilməsi planını təsdiqləyib”, - nəşr yazır.
Qeyd edilir ki, təmiri planlaşdırılan sığınacaqlar əsasən İsrailin son günlər İran tərəfindən dəfələrlə atəşə tutulan mərkəzi hissəsində yerləşir, yeni mobil sığınacaqlar isə ölkə boyu həssas ərazilərə göndəriləcək. Bütün planın həyata keçirilməsi dövlətə təxminən 28,6 milyon dollara başa gələcək.
[media=Подземные бомбоубежища Израиля]