Ermənistan və Gürcüstan arasında gərginlik:
İRƏVAN İVANİŞVİLİNİ QƏZƏBLƏNDİRDİ

Ermənistan və Gürcüstan arasında gərginlik yaşanır.

 

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

 

“Məlumata görə, Bidzina İvanişvilinin keçmiş şəxsi maliyyəçisi Georgi Baçiaşvili Ermənistana keçərək Gürcüstandan qaçdıqdan sonra iki ölkə arasındakı dostluq münasibətlərində gərginlik yaranıb. Qaçma hadisəsi martın ortalarında baş verib. Baçiaşvili külli miqdarda pul mənimsəməkdə ittiham olunur”, - məlumatda deyilir.

 

Erməni nəşri qeyd edir ki, son vaxtlar Ermənistan-Gürcüstan sərhədində məhdudiyyətlərin sərtləşdirilməsi baş verənlərin nəticəsidir: “Uzun müddətdir Ermənistan mallarını daşıyan yük maşınları Gürcüstan sərhədində saxlanılaraq digər keçid məntəqələrinə yönəldilir ki, bu da həm vaxt, həm də maliyyə itkilərini artırır. Rəsmi izahat budur ki, ixrac edilən mallar ekspertizadan keçirilməlidir. Amma Ermənistan-Gürcüstan sərhədində minik avtomobilləri üçün də nəzarət gücləndirilib: 5-dən çox sərnişin daşıyan sürücü sərhədçilərə sərnişinlərin siyahısını təqdim etməlidir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.