
"Report" bildirir ki, hadisə metronun “Xətai” stansiyasının yaxınlığında qeydə alınıb.
“BakuBus” MMC-yə məxsus 21 nömrəli marşrut xətti ilə hərəkətdə olan 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.
Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.