
Nazirlər Kabineti yanında Operativ Qərargahdan senzor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib. Aktiv xəstələrin sayı 18 707 nəfər təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, bu günə qədər isə ümumilikdə 4 178 108 test icra olunub.