Kürdəmirdə üç “Hyundai” toqquşdu: bir ailənin beş üzvü xəsarət aldı FOTO
Kürdəmirdə ağır yol qəzası baş verib.

“Report” bildirir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, üç “Hyundai” markalı avtomaşın toqquşub. Hadisə zamanı avtomobillərdən biri, Bakı sakini 44 yaşlı Qədirov Ceyhun Şakay oğluna məxsus nəqliyyat vasitəsi yanaraq külə dönüb və sürücü xəsarət alıb.

Bundan başqa, digər avtomobildə bir ailənin beş üzvü - sürücü, 29 yaşlı Həsənov Asim Asif oğlu və onun ailə üzvləri - 27 yaşlı Həsənli Nuranə Rüstəm qızı, 29 yaşlı Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Yanan avtomobili söndürmək üçün hadisə yerinə FHN-in Kürdəmir rayon dövlət yanğından mühafizə idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.