Gəncədə LED lampaları istehsal olunacaq FOTO

Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək. Fəaliyyət göstərəcək yeni müəssisədə LED lampalar istehsal ediləcək. Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov müəssisədə yaradılan şəraitlə tanış olub.
 
Gəncə ŞİH-dən senzor.az-a verilən məlumata görə, sahibkar Zəfər Məmmədov zavod və burada görülən işlər barədə şəhər rəhbərinə məlumat verib. O bildirib ki, binada aparılan təmir işlərinin 80%-ə yaxını artıq yekunlaşıb və yarım ay ərzində dəzgahların quraşdırılmasına başlanılacaq. Burada istehsal olunacaq LED lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək.
 
Z.Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyindən də danışıb. O bildirib ki, zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq. “Bununla yanaşı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında zavodda istehsal olunacaq LED lampalar gömrük rüsumundan azad ediləcək. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək investisiya təşviq sənədi ilə xaricdən gətirəcəyimiz dəzgahlar üçün də gömrük rüsumu tələb edilməyəcək”, - deyə o qeyd edib.
 
Göstərilən dəstəyə görə dövlət başçısı və şəhər rəhbərliyinə təşəkkür edən Zəfər Məmmədov, sahibkarlara da çağırış edib: “Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Gəncə şəhərinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. “Gəncə İş Adamları” İctimai Birliyinin təsisçisi və sədri olaraq, bütün sahibkarları Gəncə şəhərində yaradılan şəraitdən faydalanmağa və bura investisiya yatırmağa çağırıram”.
 
Qeyd edək ki, yeni müəssisənin cari il oktyabr ayının sonlarına istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olunacaq. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.