Ağsu Qoruğunda Abidələr Günü qeyd olunub
FOTO

Aprelin 17-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Xidmətinin "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı, Ağsu Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon mədəniyyət mərkəzi və Uşaq Musiqi Məktəbinin dəstəyi ilə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir keçirilib.

 

Senzor.az bildirir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri üzrə İş Sektorunun baş məsləhətçisi, Ağsu rayon üzrə nümayəndə Cavanşir Şeydazadə, Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və Mərkəzin əməkdaşları, "Azərmətbuatyayım" ASC-nın Ağsu rayon sahə rəisi Məlahət İbrahimova,  Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin direktor vəzifələrini icra edən Elçin Novruzov və əməkdaşları, Ağsu şəhər Soltan Umbayev adına şəhər 2 saylı tam  orta məktəbin, 4 saylı tam orta məktəbin və Ağsu rayonu Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəbin, Uşaq Musiqi Məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi, Bakı və ətraf rayonlardan olan turistlər iştirak ediblər. 

"2023-cü ildə Ağsu rayonunda arxeoloji tədqiqatlar-Orta əsr şəhərlərinin baş meydanları" sərgisinin açılış mərasimi keçirilib. Sərgidə 2023-cü ilin oktyabr-dekabr aylarında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən Cümə məscidinin Baş meydanının (inv. 808/12) arxeoloji tədqiqatlarında aşkara çıxarılan saxsı qablar, məscidin kirəmitinin parçaları, dəmir çıxarlar, eləcə də Ağsu rayonu, Gəgəli kəndində yerləşən Nərgizava abidəsində aparılan arxeoloji qazıntıların eksponatları sərgilənir. Qeyd edək ki, arxeoloji tədqiqat zamanı 150 kv.m. sahə öyrənilib, Baş meydanın cənub sərhədi müəyyənləşdirilib. Arxeoloji tədqiqat nəticəsində Baş meydanın cənub tərəfində dəmirçi emalatxanası açılıb. Sərgi car ilin iyul ayına qədər ziyarətçilərin üzünə açıq olacaq. 

Fariz Xəlilli sərginin açılışında çıxış edərək, 2023-cü ildə Ağsu Qoruğunda Baş meydanda aparılan arxeoloji qazıntılardan söz açıb. O, həmçinin qoruq ərazisindəki tikililərin çiy kərpicdən olduğuna istinad edərək çiy kərpic memarlığından bəhs edib. Çıxışının sonunda tədbirin qonaqları, mədəniyyət sahəsindəki əməkdaşları və qoruq əməkdaşlarını Abidələr Günü münasibətilə təbrik edib və qonaqlara əyani şəkildə qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında  məlumat verib.  

 

Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavid də hər kəsi Abidələr günü münasibətilə təbrik edib. O, mədəni irsin qorunub saxlanılmasını və gələcək nəsillərə sağlam şəkildə ötürülməsini aşılamağın təkmilləşdirilməsi arzusunu dilə gətirib. O, həmçinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili olduğunu və ölkəmizdə COP29-un keçirilməsini nəzərə çatdıraraq, xalqımızın bütün nümayəndələrini bu istiqamətdə həmrəy olmağa çağırıb.  

Daha sonra Fariz Xəlillinin “2023-cü ildə Ağsu rayonunda arxeoloji tədqiqatlar” mövzusunda elmi seminarı təşkil olunub. Seminar 2023-cü ildə Orta əsr Ağsu şəhərinin Baş meydanında (inv. 808/12) və Ağsu rayonu, Gəgəli kəndində yerləşən Nərgizava abidəsində aparılan arxeoloji qazıntıların nəticələrini əhatə edib. O, əvvəlcə Baş meydanda 5x5 kv.m. sahədə təmizləmə işlərinin başlanıldığını nəzərə çatdırıb. Əlavə edib ki, 1 və 2 saylı kvadratlarda üzə çıxan bina qalığının öyrənilməsi və Baş meydanla əlaqəsinin müəyyən edilməsi üçün qazıntı cənuba doğru 3 və 4 saylı kvadratlar olmaqla artırılıb. Fariz Xəlilli bildirib ki, Baş meydanın cənub sərhədi bu təbəqədə üzə çıxıb və Baş meydanın Cümə məscidindən başlanan xüsusi yonulmuş mədən daşından olan divarı qərbə doğru uzanıb və bundan sonra Baş meydanın qərb istiqamətindəki sərhədi müəyyən edilib. 

 

Sonra “Ağsu Qoruğunun abidələri” adlı film nümayiş olunub. 

Daha sonra bədii-musiqili proqram təşkil olunub. Ağsu rayon Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri ansamblı (bədii rəhbər: Taleh Cavadlı), eləcə də musiqi məktəbinin şagirdləri Aytac  Nuriyeva, Şahmurad Mədətov, Nicat Babayev, Mircəlal Kazımlının ifasında musiqi parçaları səsləndirilib. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri üzrə is Sektorunun baş məsləhətçisi, Ağsu rayon üzrə nümayəndə Cavanşir Şeydazadə tədbirin təşkilatçılarına minnətdarlıq edib və musiqi məktəbinin şagirdlərinə uğurlar arzulayıb. 

Ağsu Qoruğuna gələn ziyarətçilərə Qoruq abidələri-qədim sənətkarlıq məhəlləsi, hamam-yaşayış kompleksi, buzxana kompleksi və məscidin tarixi üzrə ekskursiya keçilib və zəngin tarixi məlumatlar verilib.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.