
Bu gün saat 11:14-də Lerik rayonunda zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ Lerik stansiyasından 16 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 kilometr olub.
Zəlzələ hiss olunmayıb.