Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş rayon mərkəzi xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib.

 

Senzor.az TƏBİB-ə istinadən bildirir ki, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada Poliklinika şöbəsi fəaliyyət göstərir. 

 

Burada terapevt, pediatr, oftalmoloq və ginekoloq qəbulu, ultrasəs müayinəsi və laborator xidmətlər təşkil olunub. Xəstəxanada Cərrahiyyə bölməsi, triaj sahəsi və pasiyentlərin vəziyyətinə uyğun tibbi yardım göstərilməsi üçün ayrıca otaqlar da yaradılıb. Müəssisədə rentgen aparatı quraşdırılıb.

 

Səfər zamanı Anar Bayramov xəstəxananın bölmələri, tibbi avadanlıq və kadr təminatı ilə tanış olub, xidmətin təşkili barədə məlumat alıb. O, həmçinin Qırmızıbazar Həkim Məntəqəsində yaradılmış şəraitə baxıb.

 

Xəstəxananın və həkim məntəqəsinin fəaliyyəti Xocavəndə qayıdan sakinlərin yaşadıqları ərazidə tibbi yardıma çıxışının təmin olunmasına xidmət edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.