
Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam arabir duman olacaq.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 17-21°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 24-29°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq.