
Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin adından yayılan və tibb müəssisələrində hicabdan istifadəyə məhdudiyyət qoyulduğunu bildirən məktub saxtadır.
Senzor.az bildirir ki, Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyinin birgə açıqlamasında belə deyilir.
Qeyd olunub ki, Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə hicabın istifadəsinin məhdudlaşdırılması ilə bağlı hər hansı göstəriş verilməyib.
“Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır”, – açıqlamada vurğulanıb.
Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa çağırıb.
Həmçinin saxta sənədlərin həqiqi sənəd kimi paylaşılmamasının və dezinformasiyanın yayılmasına şərait yaradılmamasının vacibliyi qeyd olunub.