İçərişəhərdə yeni muzey: 40 DƏQİQƏYƏ 100 İL ƏVVƏLƏ SƏYAHƏT
VİDEO

Oktyabrın 19-da İçərişəhərdə Azərbaycanın ilk innovativ və immersiv muzeyi kimi təqdim olunan “Timepavilion – Bakı 1919”un açılış mərasimi keçirilib.

 

Senzor.az xəbər verir ki, açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud “Bakı 1919” layihəsinin İçərişəhərin tarixi mühitinə uyğunluğu və rəmzi məna daşıması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

 

“İçərişəhərdə hər bir binanın, hər bir daşın öz sirri, öz tarixi var. Biz İçərişəhəri gəzərkən tez-tez düşünürük ki, görəsən, keçmişdə burada həyat necə olub, insanlar necə geyinib, necə davranıb, hansı həyat tərzini yaşayıblar? Bu gün təqdim etdiyimiz layihə məhz həmin suallara cavab tapmaq imkanı yaradır. Muzey ziyarətçiləri bir əsrdən artıq keçmişə apararaq onları o dövrün Bakı həyatı ilə tanış edəcək. Köhnə fotoşəkillər və tarixi materiallar əsasında yaradılmış bu məkan ziyarətçilərə yalnız keçmişə səyahət etmək deyil, həm də həmin dövrün ab-havasını yaxından hiss etmək imkanı verəcək”, – deyə o vurğulayıb.

 

Rüfət Mahmud qeyd edib ki, “Timepavilion – Bakı 1919” son bir il ərzində İdarə tərəfindən istifadəyə verilən sayca altıncı muzeydir.

 

“Layihənin əsas özəlliklərindən biri ziyarətçilərə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün Bakısını yaxından tanımaq imkanı yaratmasıdır. Məlum olduğu kimi, həmin illər Azərbaycan tarixinin mühüm mərhələlərindən biridir. O dövrdə Bakı ölkənin iqtisadi, sosial və mədəni mərkəzi olmaqla yanaşı, sürətlə inkişaf edən, müxtəlif mədəniyyətlərin və memarlıq üslublarının qovuşduğu şəhər idi. Yeni muzey həmin dövrün şəhər mühitini, insanların gündəlik həyatını və Bakının özünəməxsus ab-havasını canlandırmaq baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə İdarə Heyətinin sədri əlavə edib.

 

Layihənin ideya müəllifi Vahid İbrahimov isə çıxışında Bakının zəngin tarixi irsini əks etdirən belə bir muzeyin yaradılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, layihənin əsas məqsədi müasir texnologiyaların imkanlarından istifadə etməklə paytaxtın tarixi keçmişini ziyarətçilərə yeni, fərqli və maraqlı formada təqdim etməkdir.

 

...Çıxışlardan sonra mərasim iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub, burada tətbiq edilən innovativ texnologiyalar, eləcə də tarixi mühitin canlandırılması üçün yaradılan imkanlar barədə ətraflı məlumat alıblar.

 

Onlara məlumat verilib ki, mMuzeydə “Zamanda səyahət” təcrübəsi çərçivəsində ziyarətçilər 100 il əvvəlki Bakıya səyahət edə bilirlər. Təcrübə 40 dəqiqə davam edir.

 

Ziyarət qəbul bölməsindən başlayır. Həm yerli qonaqlar, həm də turistlər üçün nəzərdə tutulan məkanda bələdçi dəstəyi də mövcuddur.

 

Muzeydə uşaqlar üçün biletin qiyməti 13 manat, standart bilet 22 manat, turist bileti isə 28 manatdır.

 

Dörd nəfərlik qrup halında gələnlər üçün biletin qiyməti adambaşına 16 manat təşkil edir.

Video sonradan əlavə olunub







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.