
Oktyabrın 22-də İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinin aparacağı təmir-quraşdırma işləri ilə bağlı sabah saat 08:00-dan işlər yekunlaşana qədər İmişli, Saatlı, Sabirabad rayonunlarının bəzi ərazilərində, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.