
Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Senzor.az bildirir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir.
Alovun qarşısının alınmasını sürətləndirilmək məqsədilə FHN-in Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.