Artur Rasizadə: “Ölüm xəbərimi oxuyanda həm üzüldüm, həm də güldüm”
Azərbaycanın sabiq Baş naziri Artur Rasizadənin dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda məlumatlar yayılıb.
 
Modern.az keçmiş Baş nazirin özü ilə əlaqə saxlayaraq, barəsində yayılan xəbərə münasibət öyrənib. 
 
A.Rasizadə hazırda bağ evində olduğunu, özünü normal hiss etdiyini söyləyib: "Dünən axşamüstü haqqımda yayılan məlumatı oxudum. Bağda oturmuşam. Yaşlı adamam. Hər hansı işim də yoxdur. Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm. Ona görə üzüldüm ki, bu xəbəri yaxınlar, doğmalar da oxuyur. Hər bir halda belə yanlış informasiyalara təəssüf edirəm".
 
Bundan əlavə, Artur Rasizadə haqqında deyilən bir məsələyə də toxunub: "Bəzən yazırlar ki, illərlə yığıb altına... Bu cür fikirlərə çox üzülürəm. Hüseyn Cavidin bir misrası var: Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... Başqa nəsə demək istəmirəm".
Qeyd edək ki, Artur Rasizadə 2003-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.