Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
A.Hüseynov ötən il Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.