Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
FOTO

Berlində Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

 

Senzor.az bildirir ki, Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

 

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib.

 

O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

 

Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.

 

Azərbaycan Preidenti də öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəyə səfərini məmnunluqla xatırlayıb.

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkənin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini deyib.

 

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub.

 

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyəti vurğulanıb.

 

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlanıb, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edilib.

 

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunulub, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.
















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.