Ukrayna kəşfiyyatı birbaşa Putinin masasına qoyulan gizli sənədləri ələ keçirib – ZELENSKİDƏN ŞOK AÇIQLAMA
VİDEO

Ukrayna kəşfiyyatı Rusiya daxilindəki real vəziyyəti əks etdirən və birbaşa Prezident Vladimir Putinin masasına qoyulan gizli sənədləri əldə edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi sosial şəbəkə hesabında məlumat verib.

 

V.Zelenski bildirib ki, əldə olunan hesabatlar Rusiya rəhbərliyinə təqdim edilən sənədlər əsasında hazırlanıb: "Məlumatlara görə, Rusiyada əhalinin narazılıq göstəricisində artım meyli müşahidə olunur və rəsmi dairələr sentyabrda keçiriləcək parlament seçkilərinə qədər bu dinamikanın davam edəcəyini ehtimal edirlər. Hesabatlarda, həmçinin Rusiyanın hakim partiyasına olan dəstəyin fərqli regionlarda aşağı düşdüyü qeyd olunur".

 

Ukrayna dövlət başçısı Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artacağını və payıza doğru Moskva üçün siyasi-iqtisadi şərtlərin çətinləşəcəyini vurğulayıb. O, Ukrayna tərəfinin indiyədək irəli sürdüyü sülh təkliflərinin qarşı tərəfdən qəbul edilmədiyini diqqətə çatdırıb.

 

V.Zelenski Rusiyadakı mövcud daxili şəraitin sülh danışıqları üçün zəmin yaratmalı olduğunu bildirib. O əlavə edib ki, gələcəkdə tendensiyaların dəyişməməsi sülh sazişinin fərqli şərtlərlə və fərqli idarəçilik dövründə imzalanması zərurətini yarada bilər.

 

Daha ətraflı videomaterialda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.