Özgür Özəlin yaratdığı təzə siyasi qurumun adı dəqiqləşdi: “YENİ PARTİ”
VİDEO

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan hüquqi-siyasi böhran fonunda Özgür Özəl və komandası yeni siyasi partiyanın yaradılması ilə bağlı son hazırlıqları həyata keçirir.

 

Türkiyəli jurnalist İsmail Saymazın sosial media hesabında paylaşdığı məlumata görə, “Yeni Parti” adlanacaq siyasi qurumun yaradılması ilə bağlı ərizə gələn həftə təqdim olunacaq.

 

Bildirilib ki, partiyanın nizamnaməsi və proqramı artıq hazırdır. Proqramın isə “Dəyişiklik zamanıdır” şüarı ilə başlayacağı qeyd olunub.

 

Paylaşımda yeni partiyanın əsas dayağı kimi Cümhuriyyətin qurucu fəlsəfəsi və Mustafa Kamal Atatürkün müstəqil, müasir və suveren Türkiyə idealı göstərilib. Həmçinin müasir sosial-demokrat dəyərlərin, Anadolunun birgəyaşayış mədəniyyətinin və “Altı Ox” prinsipinin mənimsəniləcəyi vurğulanıb.

 

Saymazın siyasi kulislərdən əldə etdiyi məlumata görə, yeni siyasi qurumun əsas hədəfi hakimiyyəti dəyişmək və hakimiyyətə gəlmək olacaq. Proqramda “Türkiyə İttifaqı” anlayışına da yer veriləcəyi iddia edilir.

 

Yeni partiyanın təsisçiləri arasında deputatların da yer almasının planlaşdırıldığı, ən azı 90 CHP deputatının yeni siyasi quruma qoşulmasının gözlənildiyi bildirilir.

 

Bundan başqa, Yargıtayın CHP qurultayı ilə bağlı mümkün ləğvetmə qərarına baxmayaraq, yeni partiyanın fəaliyyətini davam etdirəcəyi və hüquqi ehtimallara qarşı açıq saxlanılacağı qeyd olunub.

 

Partiyanın baş qərargahının isə Ankaranın Mustafa Kamal məhəlləsində, Gələcək Partiyasının boşaltdığı binada yerləşdirilməsinin planlaşdırıldığı irəli sürülüb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.